Millətlər Liqası: Türkiyə komandası qalibdir
Tarix: 05-06-2022 08:34 | Bölmə: İdman
Millətlər Liqası: Türkiyə komandası qalibdir

UEFA Millətlər Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub.

Reyting.az
xəbər verir ki, sonuncu oyun günündə A, B və C Liqalarında 7 matç keçirilib.

Günün maraqlan gözlənilən qarşılaşması A Liqasının 3-cü qrupunda olub. İtaliya Almaniyanı qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. A liqasının daha bir oyununda İngiltərə Macarıstana uduzub - 0:1.

C Liqasının 1-ci qrupunda Türkiyə Farer adaları ilə ilə qarşılaşıb. "Ay-ulduzlular" doğma meydanda 4 cavabsız qolla qalib gəlib.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

20:00. Macarıstan - İngiltərə - 1:0

Qol: Szoboszlai, 66-pen

22:45. İtaliya - Almaniya - 1:1


Qollar: Lorentso Pelleqrini, 70 (1:0), Yozua Kimmix, 73 (1:1)

B Liqası

1-ci qrup

17:00. Ermənistan - İrlandiya - 1:0

Qol: Sbertsyan, 74

3-cü qrup

20:00. Finlandiya - Bosniya və Herseqovina - 1:1

Qollar: Pukki, 45+1-pen (1:0), Prevlyak 90+3 (1:1)

22:45. Monteneqro - Rumıniya - 2:0

Qol: Stefan Muqoşa, 66. Marko Vukçeviç, 87

C Liqası

1-ci qrup

20:00. Litva - Lüksemburq - 0:2

Qollar: Sinani, 44, 78

22:45. Türkiyə - Farer Adaları - 4:0


Qollar: Cengiz Ünder, 37. Halil Dervişoğlu, 47. Serdar Dursun, 82. Merih Demiral, 85.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}