17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Slovakiya millisi Azərbaycan yığması ilə oyundan əvvəl baş məşqçisini qovub
Tarix: 07-06-2022 17:46 | Bölmə: İdman
Slovakiya millisi Azərbaycan yığması ilə oyundan əvvəl baş məşqçisini qovub

Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl istefaya göndərilib.

"Tvnoviny" nəşri xəbər verir ki, Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi bu gün baş tutan növbədənkənar iclasda qərar çıxarıb.

Yığma ötən gün Millətlər Liqasının II turunda evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzub. Tarkoviç 2020-ci ildə millinin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də mübarizə aparıb/Report.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}