FİFA Ekvadoru dünya çempionatından qovur?
Tarix: 09-06-2022 18:41 | Bölmə: İdman
FİFA Ekvadoru dünya çempionatından qovur?

2022-ci ilin dünya futbol çempionatına vəsiqə almış Ekvador milli komandası turnirdən çıxarıla bilər. Novator.az bildirir ki, Ekvador yığması noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək final mərhələsinə Cənubi Amerikadakı seçmə raunddan bilet alıb. Komanda 10 yığmanın yer aldığı seçmə mərhələni dördüncü pillədə bitirib. Həmin turnirdə yeddinci yerdə qərarlaşaraq ələnən Çili komandası Ekvadorun ədalətli oyun prinsiplərini pozduğunu bəyan edir. FİFA-ya şikayətdə qeyd olunur ki, Ekvador yığmasının müdafiəçisi Eduardo Karlesso əslində Kolumbiya vətəndaşıdır və onun doğum tarixi saxtalaşdırılıb.

FİFA-nın Çilinin iddiasına iyunun 10-da baxacağı xəbər verilir. Şikayətdə göstərilənlər təsdiqini tapsa, Eduardo Karlessonun meydana çıxdığı oyunların nəticələri ləğv ediləcək, bu halda Cənubi Amerikadakı seçmə turnirdə dördüncü sıraya Çili yüksələrək final raundunda Ekvadoru əvəzləyək.

Ekvador final mərhələsinin A qrupunda yer alır. Onun rəqibləri Qətər, Seneqal və Niderland yığmalarıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}