Mövsümün rəmzi komandası açıqlanıb
Tarix: 10-06-2022 00:50 | Bölmə: İdman
Mövsümün rəmzi komandası açıqlanıb

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün rəmzi komandasını açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə qurumun sosial şəbəkələrində məlumat verilib. Rəmzi komandada “Liverpul”dan 6, “Mançester Siti”dən 3, “Mançester Yunayted” və “Çelsi”dən isə bir futbolçu yer alıb:

Qapıçı: Alison ("Liverpul")

Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Joau Kanselu (“Mançester Siti”), Antonio Rüdiger (“Çelsi”), Vircil van Deyk (“Liverpul”)

Yarımmüdafiəçilər: Tiaqo Alkantara (“Liverpul”), Kevin De Brüyne, Bernardo Silva (hər ikisi “Mançester Siti”)

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Kriştiano Ronaldo ("Mançester Yunayted")

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün qalibi "Mançester Siti" olub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}