"Real Madrid" Marselo ilə vidalaşıb
Tarix: 13-06-2022 16:30 | Bölmə: İdman
"Real Madrid" Marselo ilə vidalaşıb

İspaniyanın "Real Madrid" klubu futbolçusu Marselo ilə yollarını ayırıb.

Məlumata görə, braziliyalı müdafiəçi ilə vida tədbirində "kral klubu"nun prezidenti Florentino Peres də iştirak edib.

15 ildir komandada çıxış edən "sambaçı" ilə müqavilə uzadılmayıb. Marselo paytaxt komandasında son oyununu Çempionlar Liqasının finalında 1:0 hesabı ilə qalib gəldikləri İngiltərə "Liverpul"una qarşı keçirib. Klubun heyətində ümumilikdə 545 oyuna çıxan təcrübəli futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 dəfə İspaniya çempionluğu, 5 dəfə ölkə Super Kuboku, 2 dəfə UEFA Super Kuboku və 5 dəfə Çempionlar Liqası titulları var.

Qeyd edək ki, Marselonun karyerasını Türkiyə, Çin və ya BƏƏ klublarından birində davam etdirəcəyi bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}