07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Futbolda yeni qaydalar təsdiqlənib
Tarix: 13-06-2022 16:55 | Bölmə: İdman
Futbolda yeni qaydalar təsdiqlənib

Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Məlumata görə, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}