20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib - Yenilənib
Tarix: 14-06-2022 09:01 | Bölmə: İdman
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Reyting.az
xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. “Səpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan aşağıdakı 5 komandadan biri olacaq:

"Jrinski" (Bosniya və Herseqovina)

"Lex" (Polşa)

"Hibernians" (Malta)

"Şkupi" (Şimali Makedoniya)

"Dinamo" (Batumi, Gürcüstan).

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.

***

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

"Köhlən atlar" bu raundda Polşanın "Lex" komandası ilə üz-üzə gələcək. İlk oyun 5-6 iyulda səfərdə, cavab qarşılaşmaları isə 12-13 iyulda evdə gerçəkləşəcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər