07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qurban Qurbanov: "Çempionlar Liqasında zəif komanda yoxdur"
Tarix: 14-06-2022 15:10 | Bölmə: İdman
Qurban Qurbanov: "Çempionlar Liqasında zəif komanda yoxdur"

"Bu mərhələdə potensial rəqiblərimiz arasında ən güclülərdən biri “Lex” idi. "Lex" bu il yaranışının 100 illiyini qeyd etdiyindən, 2022-ci ilə xüsusi yanaşır. Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu".

Reyting.az
xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi barədə klubun rəsmi saytına danışarkən deyib.

50 yaşlı mütəxəssis Çempionlar Liqasında zəif komandanın olmadığını xatırladıb: "Bütün komandalar öz ölkələrinin çempionlarıdır. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub, həm də komanda olaraq çox ciddi hazırlaşır. Hamısı anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar".

Qurbanov hər bir rəqibə olduğu kimi, "Lex"ə qarşı da ciddi yanaşacaqlarını bildirib: "İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. Çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.

Qeyd edək ki, "Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}