16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Futbol hakimini döyüb öldürüblər
Tarix: 14-06-2022 16:29 | Bölmə: İdman
Futbol hakimini döyüb öldürüblər

Salvadorda futbol hakimi Xose Arnoldo Amaya oyun zamanı döyüldükdən sonra dünyasını dəyişib.

Məlumata görə, 63 yaşlı referi Miramontedəki "Toluka" stadionunda həvəskar komandaların matçını idarə edərkən azarkeşlərin və oyunçuların hücumuna məruz qalıb.

Hadisə Amayanın futbolçulardan birinə ikinci sarı vərəqəni göstərməsindən sonra baş verib. Ədalət təmsilçisi xəstəxanaya yerləşdirilsə də, onun hayatını xilas etmək mümkün olmayıb.

Hakim daxili qanaxmadan vəfat edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}