Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibi, Neftçi" və "Zirə"nin isə rəqibləri müəyyənləşib
Tarix: 15-06-2022 15:24 | Bölmə: İdman
Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibi, Neftçi" və "Zirə"nin isə rəqibləri müəyyənləşib

"Qarabağ" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Reyting.az
xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"inə uduzsa, “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

"Neftçi" klubu isə bu raundda “Aris” (Kipr) ilə, "Zirə" isə “Makkabi” (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}