14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
PSJ-dən UEFA-ya şikayət olunub
Tarix: 15-06-2022 17:54 | Bölmə: İdman
PSJ-dən UEFA-ya şikayət olunub

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransa PSJ-sindən UEFA-ya şikayət edib.

Məlumata görə, müraciət Paris təmsilçisi tərəfindən maliyyə feyr-pleyi qaydalarını mümkün pozuntusu ilə əlaqədardır.

La Liqa rəhbəri bildirib ki, PSJ belə pozuntulara daim yol verdiyi üçün hüquqi müstəvidə addımlar atacaqlar. Şikayət birbaşa Kilian Mbappenin yeni müqavilə şərtləri ilə əlaqədardır.

Narazılıq məktubu UEFA-ya ötən həftə göndərilib/Report.

Qeyd edək ki, daha əvvəl Xavyer Tebas İtaliyanın "Yuventus" və İngiltərənin "Mançester Siti" klublarından da narazılığını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}