DÇ-2026-nın oyunlarına hansı şəhərlər ev sahibliyi edəcək? - Siyahı
Tarix: 17-06-2022 09:59 | Bölmə: İdman
DÇ-2026-nın oyunlarına hansı şəhərlər ev sahibliyi edəcək?

Dünya Çempionatı-2026-nın oyunlarına ev sahibliyi edəcək şəhərlərin adı bəlli olub.

FİFA-nın məlumatına görə, tarixdə ilk dəfə 3 ölkədə keçiriləcək turnirə aşağıdakı şəhərlər ev sahibliyi edəcəklər:

ABŞ: Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi)

Meksika: Mexiko, Monterre və Qvadalaxarada.

Kanada: Vankuver və Toronto.

Qeyd edək ki, DÇ-2026-nın final oyununun keççiriləcəyi şəhər hələlik məlum deyil. Mundialda tarixdə ilk dəfə 32 yox, 48 komanda mübarizə aparacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}