"Səbail" klubu yeni hücumçu alır
Tarix: 17-06-2022 18:21 | Bölmə: İdman
"Səbail" klubu yeni hücumçu alır

"Səbail" klubu yeni hücumçu alır.

Reyting.az
xəbər verir ki, "dənizçilər" Kiprin "Etnikos" klubunda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə anlaşıb. 30 yaşlı forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qeyd edək ki, Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}