20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa çempionatı: qadın güləşçilərimiz uğur qazanıb
Tarix: 18-06-2022 09:09 | Bölmə: İdman
Avropa çempionatı: qadın güləşçilərimiz uğur qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Reyting.az
xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançı ilə qitə birinciliyinə yollanan yığma komandamz 1 dəst medal qazanıb.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alınıb. Belə ki, Azərbaycan 6️6 xalla komanda hesabında Avropa 5️-cisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ən yaxşı nəticəyə imza atılıb.

Xatırladaq ki, Buxarestdə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər