20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq
Tarix: 19-06-2022 12:35 | Bölmə: İdman
Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Məlumata görə, 35 yaşlı qrossmeyster III turda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov növbəti raundda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. O, hazırda 0,5 xalla çinli Dinq Lirenlə birlikdə son iki pilləni - 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi ilə 1,5 xalla ikincidir.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri

III tur


Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (FIDE)

Dinq Liren (Çin) - Rixart Rapport (Rumıniya)

Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa)

Alireza Firuzca (Fransa) - Hikaru Nakamura (ABŞ)/Report




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər