İdmançımız Avropa çempionatının qızıl medalını qazanıb
Tarix: 19-06-2022 23:56 | Bölmə: İdman
İdmançımız Avropa çempionatının qızıl medalını qazanıb

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib.

Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.

1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

Digər təmsilçilərimizdən Səbinə Kərimova və Palina Kaspiaroviç Avropa çempionatının 1/8 finalında mübarizəni dayandırıb. Valeriya Bolşakova isə 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}