“Qarabağ”ın oyunçuları Avstriyaya gedib - Fotolar
Tarix: 20-06-2022 09:41 | Bölmə: İdman
“Qarabağ”ın oyunçuları Avstriyaya gedib

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” komandası Bakıdakı təlim-məşq toplanışını başa vuraraq hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.

Reyting.az
xəbər verir ki, Ağdam təmsilçisi Avstriyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.

Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}