Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb - Rusiyaya görə
Tarix: 20-06-2022 16:13 | Bölmə: İdman
Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb - Rusiyaya görə

Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb.

Polşa Futbol İttifaqı xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Moskva təmsilçisində çıxışını davam etdirməsi səbəb olub.

Yığmanın baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra təcrübəli oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. Rıbus həmçinin, bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək/Report.

Qeyd edək ki, Matsey Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}