20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Qarabağ"  iki komanda ilə yoldaşlıq oyunu keçirəcək
Tarix: 20-06-2022 17:58 | Bölmə: İdman
"Qarabağ"  iki komanda ilə yoldaşlıq oyunu keçirəcək

"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışında iki komanda ilə yoldaşlıq oyunu keçirəcək.

Klubun Mətbuat xidmətindən verilən məlumata görə, "köhlən atlar" ilk matçını iyunun 25-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ağdam təmsilçisi iyunun 29-da isə iki oyuna çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv saat 12:00-da Almaniyanın "Holştayn", saat 18:30-da Rumıniyanın "Universitatya Krayova" komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə üz-üzə gələcək. İlk görüş iyulun 5-də səfərdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər