20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
FIFA legionerlərə Rusiya klubları ilə müqaviləni pozmağa icazə verib
Tarix: 21-06-2022 15:08 | Bölmə: İdman
FIFA legionerlərə Rusiya klubları ilə müqaviləni pozmağa icazə verib

FIFA əcnəbi futbolçular və məşqçilərə Rusiya klubları ilə 2023-cü ilin yayınadək olan müqavilələrini pozmağa icazə verib.

Məlumata görə, Rusiya Futbol İttifaqına (RFS) üzv olan komandalar 2022-ci il iyunun 30-dək legionerlərlə qarşılıqlı razılığa gəlməlidirlər.

Əks halda, əcnəbilər növbəti ilin yayına qədər olan sözləşmələri ləğv etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, Rusiya yığmaları və klubları Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər