Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına yeni prezident seçilib
Tarix: 28-06-2022 11:35 | Bölmə: İdman
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına yeni prezident seçilib

Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından Reyting.az-a verilən məlumata görə, mərasimdə qurumun baş katibi Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.

Konfransda IWF-in prezidenti postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib.

Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üzrə seçkilər keçirilib, yeni vəzifələrin sahibləri müəyyən edilib.

Azərbaycanın nümayəndə heyətinin üzvləri konfransda iştirakla yanaşı, bir sıra işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}