"Qarabağ"ın futbolçusu İspaniyada çıxış edə bilər
Tarix: 28-06-2022 14:13 | Bölmə: İdman
"Qarabağ"ın futbolçusu İspaniyada çıxış edə bilər

"Qarabağ"ın futbolçusu Qaspar Panadero yenidən vətəni İspaniyada çıxış edə bilər.

Məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Sequnda təmsilçiləri - "Kartaxena", "Albasete", "Burqos" və "Luqo"nun maraq dairəsinə düşüb.

Ağdam klubunun futbolçunu yenidən icarəyə verəcəyi gözlənilir.

Qeyd edək ki, Qaspar Panadero "Qarabağ"a 2021-ci ilin avqustunda İspaniyanın "Kadis" klubundan transfer olunub. Ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirmiş vingerin "köhlən atlar"la 2024-cü ilin yayınadək müqaviləsi var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}