Braziliyalı hücumçu "Qəbələ"nin təklifini qəbul etməyib
Tarix: 28-06-2022 15:52 | Bölmə: İdman
Braziliyalı hücumçu "Qəbələ"nin təklifini qəbul etməyib

"Qəbələ" ötən gün "Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Ramon Maçadoya təklif göndərib.

Bu barədə "Report"a əyalət klubunun baş meneceri Nail Kərimov məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu təklifə müsbət yanaşmayıb: "Böyük ehtimalla, məsələ bağlanıb. Maraqlandığımız digər oyunçular var. Amma hələlik konkret bir şey yoxdur".

Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından “Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}