Dünya çempionatı: Azərbaycanın həndbol yığması Portuqaliya ilə qarşılaşacaq
Tarix: 29-06-2022 13:42 | Bölmə: İdman
Dünya çempionatı: Azərbaycanın həndbol yığması Portuqaliya ilə qarşılaşacaq

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.

Reyting.az
xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığma bu raundda Portuqaliya ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}