20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daha 3 idman qurumu ləğv edilib - Siyahı
Tarix: 29-06-2022 20:37 | Bölmə: İdman
Daha 3 idman qurumu ləğv edilib
Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildiriblər.

Federasiya statusu dayandırılanlarlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB və “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-dir.

Kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası” İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB və “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Beləliklə, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə isə, 25 federasiyanın statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Bununla yanaşı, iclasda nazirliyin 2022-сi ilin IIk yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar verilib.

Nəhayət, Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adının verilməsi barədə qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər