Milli komandamız Andorraya məğlub olub
Tarix: 30-06-2022 09:25 | Bölmə: İdman
Milli komandamız Andorraya məğlub olub

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ikinci oyununu keçirib. Reyting.az xəbər verir ki, A qrupunda yer alan yığmamız 2-ci turda Andorra komandası ilə qarşılaşıb.

Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv üçün uğursuz alınıb. Komandamız meydanı 69:72 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda Malta yığmasına da 71:73 hesabı ilə uduzmuşdu.

Avropa çempionatı
A qrupu
29 iyun

Azərbaycan – Andorra 69:72.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}