"Yuventus" bu futbolçularla yollarını ayırıb
Tarix: 30-06-2022 14:22 | Bölmə: İdman
"Yuventus" bu futbolçularla yollarını ayırıb

İtaliya "Yuventus"u daha 2 futbolçusu ilə yollarını ayırıb.

Reyting.az
xəbər verir ki, hücumameylli yarımmüdafiəçi Federiko Bernardeski və hücumçu Alvaro Morato ilə başa çatan müqavilələr uzadılmayıb.

28 yaşlı italiyalı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinirdi. 30 yaşlı ispaniyalı forvard isə son 2 mövsümü icarə əsasında "qoca sinyora"da keçirib. O, müqavilə ilə ölkəsinin "Atletiko" (Madrid) komandasına məxsusdur.

Qeyd edək ki, "Yuventus" daha əvvəl Argentina millisinin hücumçusu Paulo Dibala ilə vidalaşdığını açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub