20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Cüdoçularımız 5 medal qazanıb
Tarix: 03-07-2022 00:09 | Bölmə: İdman
Cüdoçularımız 5 medal qazanıb

Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri start götürüb.

Reyting.az
xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə ümumilikdə 5 medal qazanıb.

Nazir Talıbov (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahiblənib. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Rəşad Yelkiyev turniri bürünc medalla başa vurub. Ruslan Paşayev (66 kq) bürünc medala yiyələnib.

Telman Vəliyev (73 kq) final görüşündə tatamidən qalib ayrılaraq qızıl medala layiq görülüb. Eyni çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev isə turniri bürünc medalla başa vurub. İlk günün nəticələrinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında Açıq Avropa turnirdə birinci yerdədir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər