Millimiz üçüncü yer uğrunda mübarizə aparacaq
Tarix: 03-07-2022 08:46 | Bölmə: İdman
Millimiz üçüncü yer uğrunda mübarizə aparacaq

Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Reyting.az xəbər verir ki, yarımfinalda meydan sahibi Malta yığması ilə qarşılaşan və 52:59 hesabıyla uduzan Azərbaycan millisi üçüncü yer uğrunda mübarizə aparacaq.

Komandamız bu dəfə Andorra yığması ilə qarşılaşacaq. İyulun 3-də baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi yer aldığı A qrupunda Maltaya 71:73, Andorraya 69:72 hesabı ilə uduzmuşdu. Serbiyalı Aleksandar Trifunoviçin çalışdırdığı kollektiv 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}