20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Lex"inin kapitanından "Qarabağ"a qarşı oyunla bağlı açıqlama: "Bizim də təcrübəmiz çoxdur"
Tarix: 04-07-2022 16:42 | Bölmə: İdman
"Lex"inin kapitanından "Qarabağ"a qarşı oyunla bağlı açıqlama: "Bizim də təcrübəmiz çoxdur"

"Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyimiz üçün xoşbəxtik. Hər bir komanda belə turnirdə oynamaq istəyər".

Məlumata görə, bunu Polşa "Lex"inin kapitanı Mikael İshak evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

İsveçli hücumçu bildirib ki, avrokuboklarda çıxış edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan: "2 il öncə bu halla üzləşmişik. Əlbəttə, çox çətindir. Amma bizim də təcrübəmiz çoxdur".

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər