“Qarabağ” komandası “Lex”ə məğlub olub
Tarix: 05-07-2022 23:58 | Bölmə: İdman
“Qarabağ” komandası “Lex”ə məğlub olub

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşıb.

Reyting.az
-ın məlumatına görə, “Qarabağ”ın “Lex”lə ilk qarşılaşması Polşada olub. “Qarabağ” Çempionlar Liqasında yoluna davam etmək üçün Poznandan sərfəli nəticə ilə qayıtmağa çalışıb. Ağdam komandasının son illərdə Polşa klublarına qarşı uğurlu oyunları olub. Belə ki, “Qarabağ” son illərdə Avropa Liqasında bu ölkənin “Visla”, “Pyast” və “Legiya” klublarına qarşı görüşlərin hamısında mərhələ adlayıb. “Köhlən atlar” bu uğurlu “ənənə”nin pozulmaması üçün əllərindən gələni edib. Təəssüf ki, “Lex”lə ilk oyun Ağdam klubu üçün uğursuz alınıb. Polşa çempionu doğma meydanda minimal hesabla qalib gəlib.

Qeyd edək ki, “Qarabağ”ın “Lex”ə qarşı cavab oyunu bir həftə sonra Bakıda olacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul


Lex – Qarabağ 1:0
Qol: M.İshak, 41.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}