Bu gün "Neftçi"nin ilk yoxlama oyunudur
Tarix: 06-07-2022 09:16 | Bölmə: İdman
Bu gün "Neftçi"nin ilk yoxlama oyunudur

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.

Reyting.az
-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.

"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}