Ağır Atletika Federasiyasında yeni təyinatlar olub
Tarix: 06-07-2022 14:27 | Bölmə: İdman
Ağır Atletika Federasiyasında yeni təyinatlar olub

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin növbəti iclası keçirilib.

AAAF-nın Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, məqsəd qurumun Texniki Komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub.

İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub.

Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}