“Neftçi”dən ayrılan hücumçu "Əl-Aruba"da oynayacaq
Tarix: 07-07-2022 08:57 | Bölmə: İdman
“Neftçi”dən ayrılan hücumçu "Əl-Aruba"da oynayacaq

Bu yay "Neftçi"dən ayrılan braziliyalı futbolçu Tyaqo Bezerranın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu bundan sonra Səudiyyə Ərəbistanının "Əl-Aruba" komandasının uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}