12:46 / 06-05-2024
Sabah yağış yağacaq
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub
Tarix: 07-07-2022 17:06 | Bölmə: İdman
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Reyting.az
xəbər verir ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv B yolunun 6-cı qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibi ilə görüşəcək.

Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}