Qara Qarayev "Lex"lə oyuna çıxmaya bilər
Tarix: 11-07-2022 18:30 | Bölmə: İdman
Qara Qarayev "Lex"lə oyuna çıxmaya bilər

"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununu buraxa bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matç öncəsi keçirilən mətbuat konfransında bildirib: "Qara Qarayevin meydana çıxması sual altındadır. Bugünkü məşqdə Qara ilə bağlı məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında Poznandakı ilk oyunda "Qarabağ" 0:1 hesabı ilə uduzub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}