Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəyəcək
Tarix: 11-07-2022 23:53 | Bölmə: İdman
Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəyəcək

FİFA azərbaycanlı futbolçu Tural Bayramlının Yunanıstanın "Pierikos" klubuna qarşı qaldırdığı iddia ilə bağlı qərarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, iddia böyük ölçüdə təmin edilib. Bu barədə oyunçunun hüquqşünası Ramil Cahangirov məlumat yayıb. Onun sözlərinə görə, klub həm əmək haqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidir.

Qeyd edək ki, T. Bayramlı bu ilin yanvarından "Səbail"də oynayır.(Qol.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}