"Turan Tovuz" daha bir futbolçu ilə anlaşıb
Tarix: 13-07-2022 16:34 | Bölmə: İdman
"Turan Tovuz" daha bir futbolçu ilə anlaşıb

"Turan Tovuz" klubu daha bir futbolçu ilə anlaşıb.

Tovuz təmsilçisindən Reyting.az-a verilən məlumata görə, 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir.

Yarımmüdafiəçi vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin da formasını geyinib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}