20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb - Yenilənib
Tarix: 15-07-2022 20:50 | Bölmə: İdman
Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.

Reyting.az
xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kodzhakova (Bəhreyn), Çarli Yanqa (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.

Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.

Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.

66 kq-dakı Kəramət Hüseynov 16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.

Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-dakı Gültac Məmmədəliyeva eyni raundda Maria Tabaya (Braziliya) məğlub olub.

Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

***

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

Reyting.az xəbər verir ki, 66 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib italiyalı Matteo Piras olub və idmançımız qızıl medal qazanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər