Region Liqası klubu Azərbaycan I Divizionuna buraxılacaq
Tarix: 15-07-2022 17:52 | Bölmə: İdman
Region Liqası klubu Azərbaycan I Divizionuna buraxılacaq

Futbol üzrə Azərbaycan I Divizionuna Region Liqasından gələn klub da buraxılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin onlayn iclasında qəbul olunub.

Qərara əsasən, Region Liqası komandalarının I Divizionda çıxış edə bilmələri üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası meyarlar müəyyənləşdirəcək.

Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən bir klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub