"Neftçi"nin Futbol Akademiyasına direktor təyin olunub
Tarix: 19-07-2022 14:28 | Bölmə: İdman
"Neftçi"nin Futbol Akademiyasına direktor təyin olunub

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Reyting.az
xəbər verir ki, Türkiyəli Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, “Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}