20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
UEFA “Qarabağ”ın Bakıdakı oyununa üstünlük verib
Tarix: 21-07-2022 10:07 | Bölmə: İdman
UEFA “Qarabağ”ın Bakıdakı oyununa üstünlük verib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Reyting.az xəbər verir ki, 12 oyunda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib.

Ən çox fanat Bakıda, "Qarabağ"-"Sürix" qarşılaşmada olub. Görüşü 30 782 tərəfdar izləyib.

İkinci pillədə 29 654 tamaşaçı ilə "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı tamamlayıb - 20 459.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq. "Sürix"i üstələyəcəyi təqdirdə, "köhlən-atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Qarabağ"ın Polşa "Lex"i ilə keçirdiyi hər iki qarşılaşma I təsnifat mərhələsində ən çox fanatın iştirak etdiyi görüşlər olub. Poznanda 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıda rəqibini darmadağın edib - 5:1.(Matc.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər