Komandamız daha bir futbolçu ilə müqavilə bağlayıb
Tarix: 23-07-2022 10:40 | Bölmə: İdman
Komandamız daha bir futbolçu ilə müqavilə bağlayıb

"Kəpəz" heyətinə yeni futbolçu daxil edib.

Reyting.az
xəbər verir ki, Gəncə təmsilçisi 33 yaşlı hücumçu Rauf Əliyev "Kəpəz" komandasında oynayacaq. Onunla 1 illik müqavilə imzalanıb.

Daha əvvəl “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi komandalarda oynamış Əliyevin son klubu “Səbail” olub.

Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynayacaq "Kəpəz" daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Əfran İsmayılovu və Giorgi Kantariyanı heyətinə qatıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}