"Neftçi" yeni sponsorluq müqaviləsi bağlayıb
Tarix: 25-07-2022 15:00 | Bölmə: İdman
"Neftçi" yeni sponsorluq müqaviləsi bağlayıb

"Neftçi" Peşəkar Futbol Klubu ilə "Liv Bona Dea Hospital" arasında sponsorluq müqaviləsi bağlanıb.

Reyting.az
xəbər verir ki, imzalama mərasimində "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Liv Bona Dea Hospital"ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.

"Bakcell Arena" stadionunun konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqaviləyə imza atıblar.

Razılaşmaya əsasən, "Liv Bona Dea Hospital" paytaxt təmsilçisinin sağlamlıq sponsoru olacaq. "Neftçi", "Neftçi-2" və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman perepatları ehtiyaclarının qarşılanmasına dəstək verəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}