20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyədə V İslam Həmrəyliyi Oyunları start götürüb
Tarix: 05-08-2022 13:01 | Bölmə: İdman
Türkiyədə  V İslam Həmrəyliyi Oyunları start götürüb

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb.

Reyting.az
xəbər verir ki, Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulacaqlar.

Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış edəcəklər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutacaq.


Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər