Premyer Liqa klubunun baş məşqçisi istefaya göndərilib
Tarix: 03-10-2022 09:37 | Bölmə: İdman
Premyer Liqa klubunun baş məşqçisi istefaya göndərilib

İngiltərənin "Vulverhempton" klubu baş məşqçi Bruno Lajeni istefaya göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Bu mövsüm “canavarlar” 8 matçda cəmi 1 qələbə qazanıb. Komanda 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb. Halbuki “Volverhempton” bu yay heyətini gücləndirmək üçün 100 milyon funt-sterlinq xərcləyib.

Komanda Premyer Liqada növbəti oyununu oktyabrın 8-də rəqib meydanında "Çelsi"yə qarşı keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}