19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
"Səhliyalı Kiçik Müəssisəsi"nə iki protokol tərtib olunub
Tarix: 05-09-2023 13:00 | Bölmə: İqtisadiyyat
"Səhliyalı Kiçik Müəssisəsi"nə iki protokol tərtib olunub

"Səhliyalı Kiçik Müəssisəsi" barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması və mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) iki inzibati xəta protokolu tərtib edilib.

Reyting.az
FED.az-a istinadla xəbər verir ki, protokollar İnzibati Xətalar Məcəlləsinin 483-cü və 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

İş Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyeevanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 19.09.2023, saat 16:40-a təyin edilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 19.09.2023, saat 15:25-ə təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}