Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-01-2016 13:17 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycanın milli valyutasının devalvasiyasından sonra ərzaq məhsullarının qiymətlərində artımlar oldu.
Bəzi şirkətlər qiymətləri cüzi qaldırdıqlarını bildirsələr də, marketlərdəki reallıq bunun əksini göstərir.
Millət vəkili Zahid Oruc qida sənayesi və ölkədəki qida inhisarçıları barədə Ölkə.Az-a açıqlama verib:
"Bizim hər birimizə bəllidir ki, müxətlif qurumların, şirkətlərin, holdinqlərin daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları var. Onlar qiymətləri rəqabətdənkənar müəyyənləşdirirlər .
"Azersun" şirkətinin qida sənayesində hansı inhisarçı mövqe qazandığını hər kəs bilir. Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və.s gətiriblər. Guya "Azersun" olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməyəcəkdi. "Azersun" düşünür ki, 10 min insanı ya Afrikadan, ya İrandan, ya da Türkiyədən gətirməli imişlər”.
Millət vəkili deyib ki, Azərbaycanın cənub bölgəsində münbit torpaqları əhatə edən bir müəssisə var idi: "Sadə vətəndaşlarımız da min hektarlarla yeri əkib becərir, məhsullarını yetişdirib həmin müəssisənin zavoduna verirdilər. Zavod da yaxşı məhsullar istehsal edir, insanlarımız da keyfiyyətli məhsullardan istifadə edirdi. Günün brində "Azersun"un monopolist mevqeyi o müəssisənin iflasına səbəb oldu. Zavodu sıxışdırıb iflas etdirdikdən sonra o ərazilər əkilməmiş qaldı. Minlərlə insan da qazanclarından məhrum oldu. İşsizlikdən o insanlar paytaxta üz tutub. Bakı şəhərinin onsuzda əmək və məzil bazarındakı gərginliyi biraz da ağırlaşdırdılar. Sakinlər yerli büdcənin formalaşmasında iştirak edə bilmirlər. Həmçinin biz də keyfiyyətli məhsuldan məhrum olduq.
Əvəzində nə oldu? "Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə bir az da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat" tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir. Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır.
Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azersun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30% bahalaşma elan edirik. Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azersun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azersun" omasaydı Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?"
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər