Bu şəxslər vergidən azad olunacaq...
Tarix: 19-01-2016 12:21 | Bölmə: İqtisadiyyat / Xəbərlər


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergilər Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə baxılıb.

Reyting.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, qanun layihəsində təklif olunur ki, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad olunur.

Həmçinin Məcəllənin 207.5. maddəsinə təklif olunur ki, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər