Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-07-2016 11:46 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Narazı supermarket sahibləri az qazanacaqları ilə barışmalıdırlar".
Reyting.az xəbər verir ki, bu sözləri virtulaz.org-a açıqlamasında bir müddət əvvəl bəzi supermarket rəhbərlərinin əlavə dəyər vergisinin (ƏDV) azaldılması ilə bağlı müraciətini şərh edərkən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Mən onları başa düşürəm, onlar indi də əvvəllər qazandıqları qədər qazanmaq istəyirlər. Halbuki ölkədə hamının gəlirləri azalıbsa, supermarket sahibləri də az qazanacaqlarını sakitcə və anlaşıqla qəbul etməlidirlər.
Supermarket sahibləri ƏDV-nin aşağı salınmasını istəyirlər. Belə çətin iqtisadi mərhələdə o güzəşti necə etmək olar?
Hərbçilərin, müəllimlərin və həkimlərin maaşından kəsib bu yolla qənaət edilən vəsaiti supermarketlərə verək? Onlar bunu istəyirlər?”.
S.Ələkbərov bildirib ki, Vergilər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bəyan edib, özü də dəfələrlə:
"Əlbəttə, əgər Milli Məclis müvafiq qərar qəbul edərsə, Vergilər Nazirliyi onu yerinə yetirəcək. Yəni güzəşt bizə aid olan məsələ deyil.
Supermarket sahibləri ilə dialoq? Biz onlarla əlaqə saxlayır, görüşlər keçiririk. Başa salmağa çalışırıq ki, dünyanın heç bir ölkəsində supermarketləri vergidən azad etmirlər.
Hansısa supermarketlər bağlanır, hansılarsa açılır. Mənə elə gəlir ki, onların sayı son vaxtlar hətta artıb. Məsələn, bu yaxınlarda Belarus məhsulları mağazası açılıb. Hər şey normaldır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər